Dünya

SEPAH Hörmüz boğazının bağlandığını elan etdi

Metbuat.az

İranın mülki gəmilərin "Larak dəhlizi"ndən (İranın Larak və Qeşm adaları arasındakı sulardan keçən strateji dəniz yolu) keçməsinə icazə verməsi ilə bağlı açıqlamadan sonra bir sıra gəmilər Hörmüz boğazından keçib.

Metbuat.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.

"Lakin atəşkəs şərtləri ilə bağlı öhdəliyin pozulması nəticəsində ABŞ İran gəmilərinin və limanlarının dəniz mühasirəsini ləğv etməyib, buna görə də bu gün axşamdan etibarən Hörmüz boğazı bu mühasirə ləğv edilənə qədər bağlanır", - bəyanatda qeyd olunub.