Ölkə
Rayonlar üzrə pensiyalar bu tarixdə ödəniləcək
Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu aya olan ödənişlərinin aprelin 21-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Metbuat.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə ayın pensiyaları aprelin 14-də bu ödəniləcək.
Səbinə Hüseynova / Metbuat.az