Mədəniyyət
Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq.
Metbuat.az xəbər verir ki, bunu Report-a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.
Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.
Qeyd edək ki, R.Balayev martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunub.