Ölkə
Partlayış səsləri eşidiləcək -
Xəbərdarlıq
Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 6-10 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".