İki idarə rəisi işdən çıxarıldı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifələrindən azad olunub.
Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.
Belə ki, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad ediliblər.
Məlumatın dəqiqləşdirilməsi üçün aprelin 14-də AAYDA-nın mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlanıb. A.Nəcəfli xəbəri dəqiqləşdirib məlumat verəcəyini bildirsə də, sonradan mesajlara cavab verməyib və zəngləri açmayıb.
Belə olduğu halda faktın dəqiqləşdirilməsi üçün (012) 599-79-75 nömrəli xüsusi telefon xətti (“Çağrı Mərkəzi”) ilə əlaqə saxlanıb. Çağrı Mərkəzindən hər iki idarə rəisinin işdən çıxdığı təsdiqlənib.