Dünya
Hücumlar regionun hüdudlarından kənara çıxacaq -
Xəbərdarlıq
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-yə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, açıqlamada ABŞ ordusu "terrorçu qurum" adlandırıb və daha irimiqyaslı münaqişə ssenarisi ilə bağlı xəbərdarlıq edilib.
Bəyanatda, "Əgər ABŞ ordusu qırmızı xətləri keçərsə, cavab tədbirlərimiz regionun hüdudlarından kənara çıxacaq. Biz mülki hədəflərə hücum etməyəcəyik. Lakin obyektlərimizə edilən hər hansı qorxaq hücuma qarşı cavab tədbirləri görməkdən çəkinməyəcəyik" - deyə bildirilib.