Ölkə

Hasil Abbasov yeni departament müdiri təyin etdi

Metbuat.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatı olub.

Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəlil Əhmədov Agentliyin Daxili nəzarət və audit departamentinə müdir təyin olunub.