Dünya

Güclü zəlzələ oldu -

Sunami xəbərdarlığı edildi

Metbuat.az

Yaponiyanın şimal-şərq sahillərində 7,4 maqnitudalı zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Sakit okeanda, təxminən 10 kilometr dərinlikdə yerləşib. Hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı elan edib.