Ölkə

Fərhad Səfərovu o əvəz edəcək -

FOTO

Metbuat.az

Bu ilin mart ayının 5-də vəfat edən Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fərhad Səfərovun yerinə təyinat olub.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Nigar İnqilab qızı Əhmədova Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifələrini icra edən təyin olunub.

O, Şirvan GEM-in Epidemiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu ilin mart ayının 5-də Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, tanınmış cərrah Fərhad Səfərov 65 yaşında vəfat edib.