Dünya

Bu ölkə xərclərə qənaət üçün onlayn işə rejiminə başlayır

Metbuat.az

Malayziya, Yaxın Şərqdəki gərginliyin yaratdığı qlobal enerji böhranından sonra xərclərə qənaət üçün tədbirlər həyata keçirməyə başlayıb.

Metbuat.az xəbər verir ki, Malayziyanın Baş naziri Ənvər İbrahim nazirliklər və dövlət şirkətləri də daxil olmaqla dövlət qurumlarındakı işçilərin onlayn işləyəcəyini açıqlayıb. O, tədbirin yanacaq istehlakını azaltmaq və ölkənin enerji təchizatının dayanıqlı olmasını təmin etmək məqsədi daşıdığını bildirib.

O, hökumətin artan neft qiymətlərini kompensasiya etmək üçün ayda təxminən 993 milyon dollar xərclədiyini və bunun ölkə üçün kiçik bir yük olmadığını bəyan edib.