Dünya

Bu ərazidə güclü zəlzələ oldu

Metbuat.az

Sakit Okeanın Samoa sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, yeraltı təkanlar Samoanın paytaxtı Apiadan 246 km cənub-qərbdə qeydə alınıb, zəlzələ ocağı 36 km dərinlikdə baş verib.

Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.