Dünya
ABŞ onun zərərsizləşdirilməsi üçün 10 milyon vəd etdi
ABŞ, İraqdakı “Kataib Hizbullah” qruplaşmasının lideri Əhməd əl-Himaydavinin tutulması üçün mükafat vəd edib.
Metbuat.az xəbər verir ki, ABŞ qruplaşma liderinin zərərsizləşdirilməsinə kömək edən məlumata görə 10 milyon dollara qədər mükafat vəd edib. Vaşinqton adminstrasiyası Əhməd əl-Himaydavinin ABŞ vətəndaşlarının qaçırılmasında və müxtəlif obyektlərə hücumlarda əlaqəsinin olduğunu hesab edir.
ABŞ-nin Bağdaddakı səfirliyinin açıqlamasında mükafatın Himaydavinin tutulmasına və ya yerini müəyyən etməsinə kömək edən məlumata veriləcəyi bildirilir.