Ölkə
Zərərsizləşdirililmiş minaların sayı açıqlandı
Azad olunan ərazilərdə fevral ayında 71 tank əleyhinə mina, 410 piyada əleyhinə mina, 1621 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Metbuat.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb
Məlumata əsasən, 4264,8 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.