Dünya
Tramp İranın hədiyyəsini açıqladı
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Tehran xoş niyyət jesti olaraq Vaşinqtona səkkiz neft tankerini təhvil verməyə söz verib.
Metbuat.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Onlar dedilər ki, ciddi olduqlarını göstərmək üçün təmaslar çərçivəsində sizə neftlə dolu səkkiz gəmini, səkkiz böyük neft tankerini almağa imkan verəcəyik", - ABŞ lideri qeyd edib.