Dünya

NATO İraqdakı hərbçilərini geri çağırır

Metbuat.az

NATO Yaxın Şərqdə hərbi əməliyyatların artması səbəbindən İraq ordusu üçün təlim missiyasını müvəqqəti olaraq geri çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə "France-Presse" (AFP) agentliyinin İraq mənbəsinə istinadən məlumat yayıb.

"Bu, qüvvələrin müvəqqəti geri çəkilməsidir. Onlar vəziyyətdən narahatdırlar" - məlumatda qeyd olunur.