Dünya
İranla danışıqlarda irəliləyiş əldə olundu
Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunub.
Metbuat.az CNN telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.
"Mesajların ötürülməsini həyata keçirən vasitəçi ölkələr var və irəliləyiş, müəyyən konkret irəliləyiş əldə olunub", - ABŞ Dövlət Departamentinin rəhbəri qeyd edib.