Ölkə

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı

Metbuat.az

ABŞ və İsrailin fevralın 28-də başladığı hərbi əməliyyatlar nəticəsində İrandan ümumilikdə 370 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, fevralın 28-dən martın 2-si saat 14:00-dək sərhədi 131 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 81, Rusiyanın 47, Pakistanın 32, Tacikistanın 30, Səudiyyə Ərəbistanının 18, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstanın 2, Fransanın 2 və Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyanın hərəsindən 1 nəfər olmaqla digər ölkələrin vətəndaşları da Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunublar.