Dünya

İran İsrailin hərbi bazasını bombaladı

Metbuat.az

İran İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına hücum edib, həmçinin ABŞ-nin İordaniya ərazisindəki "Əl-Əzraq" bazasında yerləşən "F-35" və "F-15" qırıcılarına zərbələr endirib.

Metbuat.az xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr zamanı dronlardan istifadə olunub.