Dünya

İran bu ərazilərə hücum edəcək

Metbuat.az

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqin ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinə hücum edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb. ABŞ və İsrailin hücumlarını şərh edən M.Musəvi bildirib:

"ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinin əməkdaşları dərhal iş yerlərini tərk etməlidirlər ki, həyatları təhlükəyə məruz qalmasın".