Fidandan Türkiyə istiqamətində atılan raket barədə xəbərdarlıq
Türkiyənin xarici işlər naziri Hakan Fidan İrandan atılan və Türkiyə hava məkanına yönəlmiş raketlə bağlı Ankaranın reaksiyasını Tehrana çatdırıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Trthaber” diplomatik mənbələrə istinadən məlumat yayıb. Xəbərdə deyilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıq zamanı bölgədəki gərginliyə diqqət çəkən Fidan, münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına doğru getdiyi aşkar edilən ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı. Məlumata görə, raket məhv ediləndən sonra qalıqları Hatay vilayətinə düşüb. Hadisədə ölən və ya yaralanan olmayıb.