Ölkə

Faiq Hüseynov vəfat etdi

Metbuat.az

"Xəmsə" Milli İntellektual Oyununun yaradıcısı Faiq Hüseynov dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə Oxu24.com-a onun yaxınları məlumat verib.

O, 2018-ci ildə ilk dəfə olaraq "Nə?Harada?Nə Zaman?" oyunu üzrə Beynəlxalq Klublar Assosasiyasının konqressində İdarə Heyətinə seçilən azərbaycanlı olub.

Faiq Hüseynov Azərbaycanda bir çox intellektual oyunların təşkilində mühüm rol oynayıb.