Ölkə

Bu şəxslərə maaşdan əlavə ödənişlər edildi

Metbuat.az

Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə mükafat verilib.

Metbuat.az-ın xəbərinə görə, ali məktəb rəhbərliyinin qərarına əsasən, bütün əməkdaşlara maaşdan əlavə 400 manat ödənilib.

Bununla yanaşı, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara 500 manat məbləğində mükafat ayrılıb.