Dünya

ABŞ-İran əlaqələri Türkiyə ilə koordinasiya olunur -

Hakan Fidan

Metbuat.az

ABŞ və İran arasında əlaqələr Türkiyə ilə koordinasiya olunur və Pakistan vasitəsilə mesajlar mübadiləsi aparılır.

Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalının efirində bildirib.

"Əlaqələr başlayıb, Pakistan vasitəsilə mesajlar göndərilir. Amerikalılar bunu bizimlə koordinasiya edirlər və müzakirələr aparılır", - o qeyd edib.