Dünya

​ABŞ bu şəxslər barədə məlumat verənlərə 10 milyon dollar vəd etdi

Metbuat.az

ABŞ Dövlət Departamenti İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərliyinin dəqiq yerləşdiyi ünvanla bağlı məlumat verənlər üçün ümumilikdə 10 milyon dollar məbləğində mükafat elan edib.

Metbuat.az xəbər verir ki, məlumata görə, mükafat aşağıdakı yüksək vəzifəli şəxslər barədə etibarlı informasiya təqdim edənlərə şamil olunur:

Əhməd Vahidi — SEPAH-ın yeni komandiri (faktiki rəhbəri)
Əli Abdullahi — “Xatəmül-Ənbiya” Qərargahının komandiri
Səid Ağacani — SEPAH-ın Kosmik Qüvvələrinin pilotsuz bölməsinin komandiri
Həmidreza Leşqarian — SEPAH-ın Elektronika İdarəsinin komandiri
Mohid Khademi — SEPAH-ın kəşfiyyat bölməsinin rəhbəri