Dünya

​ABŞ Beyrutdakı səfirliyini bağladı

Metbuat.az

ABŞ Beyrutdakı səfirliyini bağlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb. Bəyanatda deyilir ki, səfirlik davam edən regional gərginlik səbəbindən növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Səfirliyin yazılı açıqlamasında qərarın təhlükəsizlik səbəbi ilə verildiyi bildirilir. Həmçinin qeyd olunur ki, bütün müntəzəm və təcili konsulluq görüşləri ləğv edilib.

Bundan əlavə, bəyanatda səfirliyin fəaliyyətinin bərpa olunacağı təqdirdə bununla bağlı açıqlama veriləcəyi bildirilib.