Ölkə

Zakir Həsənov onu işdən çıxardı

Metbuat.az

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi, polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Vüqar İbrahimov icra edir.

Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.