Ölkə

​Yardımlıda insident -

Silah səsləri eşidildi

Metbuat.az

Yardımlıda sərhədi pozmağa çalışan şəxslərlə Dövlət Sərhədi Xidməti əməkdaşları arasında insident yaşanıb.

Metbuat.az Bakupost-a istinadən xəbər verir ki, insident İranla sərhədi pozaraq, Azərbaycana keçmək istəyən şəxslərin qanunsuz hərəkətinin qarşısını alarkən baş verib.

Hadisə fonunda silah səsləri eşidilib. Əraziyə hüquq-mühafizə əməkdaşları cəlb edilib.

Qanunsuz şəkildə Azərbaycana keçmək istəyən şəxslərinin əməlinin qarşısı alınıb.