“Unudulmaq hüququ” Ali Məhkəmə səviyyəsində izah edildi
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulmahüququnu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsihaqqında” Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailəhəyatına hörmət hüququ) çərçivəsində tanıyıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ali Məhkəmə“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum Qərarındabu hüquqla bağlı yeni mühüm mövqelər sərgiləyib.
Unudulmaq hüququ nədir?
Unudulmaq hüququ - rəqəmsal platformalarda əvəlləryayılmış fiziki və hüquqi şəxsin mənafeyinə mənfi təsir edənictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və ictimai maraq baxımından hər hansıəhəmiyyət kəsb etməməsi və ya aktuallığını itirməsi səbəbi iləsilinməsini, anonimləşdirilməsini, gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara əlçatanlığınməhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin edilməsini tələbetmək hüququnu nəzərdə tutur.
Bəzi məlumatlar (təsvir, səs, yazılı və ya şifahi çıxışmətnləri və sair) dövlət və ictimai mənafe baxımından yayılabilər, öz aktuallığı ilə cəmiyyətin gündəmində, legitim maraqdairəsində ola bilər. Belə məlumatların yayılması qanunidir, şəxsin razılığının olub-olmaması, özü və ya başqa şəxstərəfindən yayılmasının heç bir əhəmiyyəti yoxdur. Belə olanhalda şəxs neqativ məlumatların onun mənafeyinə mənfi təsiretməsinə baxmayaraq, istədiyi vaxt onların düzəldilməsini, silinməsini tələb edə bilmir.
Ali Məhkəmənin mövqeyinə görə, bu hal sonsuza qədərdavam edə bilməz və ictimaiyyətə açıq belə məlumatlaryayıldıqdan sonra müəyyən şərtlər daxilində şəxsin unudulmaqhüququ yarana bilər.
Belə ki, həmin məlumatların yayılmasının üzərindənmüəyyən müddət keçdikdən sonra, məlumat köhnələrsə, özaktuallığını itirərsə, artıq dövlət və ictimaiyyət üçün maraqlıolmazsa şəxs bu barədə tələb irəli sürə bilər. Lakin belətələblərin təmin olunması üçün məlumat rəqəmsal platformadayayılmış olmalıdır və şəxs məlumatın hələ də onun mənafeyinəzidd olmasını sübuta yetirməlidir.
Məlumatların aktuallığının itirilməsi əvvəllər cəmiyyətingündəmində olan informasiyanın köhnəlməsi səbəbindəniddianın qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı maraqvə əhəmiyyət daşımamasıdır.
Belə neqativ məlumatların silinməsini tələb edən şəxslərmüxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və yabiznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və yapublik çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər. Lakin tələb irəli sürdükləri halda, mənafelərinə olan neqativ təsiriəsaslandırmalı və sübut etməlidirlər.
Məsələn, tanınmış musiqiçi tərəfindən 2020-ci ildəmediada əri ilə münasibətlərinin xəyanət səbəbi ilə pozulmasıbarədə verdiyi müsahibənin sonradan uşaqlarının mənafeyibaxımından informasiya resurslarından silinməsinin tələbedilməsi və ya fərdi sahibkarın 2010- cu ildə vergidən yayınmasıbarədə mediada qanunauyğun şəkildə dərc olunmuş və onunişgüzar nüfuzuna mənfi təsir edən məlumatın vergi borcununödənildiyinə görə artıq ictimai maraq kəsb etməməsi səbəbindənsonradan informasiya resurlarından silinməsinin tələb edilməsi.
Şəxsin ölümündən sonra onun yaxınının da unudulmaqhüququ yaranır. Bu zaman həmin məlumatın iddiaçı ilə yanaşı, vəfat etmiş şəxsin sağlığında onun mənafeyinə də mənfi təsiretdiyi müəyyən olunmalıdır.
Unudulmaq hüququ yalnız fiziki şəxslərə məxsusolmamaqla, həm də hüquqi şəxslərə aid qeyri-əmlak hüququsayılır. Məsələn, hüquqi şəxsin istehsal etdiyi malın qüsurluolmasına dair mətbuatda 5 il əvvəl yayılmış məlumatınsilinməsinin tələb edilməsi.
İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o cümlədən onlayn rəqəmsal platformalara, media subyektlərinəqarşı qaldırılmalıdır.