Ölkə

Saat 09:30-da qaz kəsiləcək -

Bu ərazilərdə

Metbuat.az

Xətai və Nizami rayonu üzrə bəzi ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz tənzimləyici qovşağın quraşdırılması işləri ilə əlaqədar bu gün saat 09:30-dan işlər başa çatanadək Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.Çobanzadə küçəsinin və NZS qəsəbəsində Yavar Səfərov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.