Ölkə
Dövlət Komitəsinin yeni sədri bu məşhurun oğludur
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azər Mursaqulovu Dövlət Statistika Komitəsinin sədri təyin edib.
Metbuat.az axar.az-a istinadən xəbər verir ki, Azər Mursaqulov 20 Yanvar şəhidi professor İsmayıl Mursaqulovun oğludur.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Azər Mursaqulov Türkiyənin Boğaziçi Univesitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib.
2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarəedilməsi Agentliyinin direktoru idi.