Ölkə

Bu marşrutun avtobusları yenilənir

Metbuat.az

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsini Nərimanov rayonunun Çernyayevski küçəsi ilə əlaqələndirən 67 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.

Metbuat.az xəbər verir ki, buu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb

Məlumata əsasən, fevralın 25-dən sərnişinlərin xidmətinə veriləcək 16 böyüktutumlu "Zhongtong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.