Ölkə

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

Metbuat.az

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı - Ağstafa - Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Metbuat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Qatar Bakıdan Ağstafaya saat 09:15-də, Ağstafadan Bakıya isə saat 15:00-də yola düşəcək.

Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı - Qazax - Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.