Ölkə
Bu ərazilərdə qar yağacaq -
XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Metbuat.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.