Xarici valyutası olanların nəzərinə
Bəzi vətəndaşlar xarici valyuta əskinaslarını kolleksiya məqsədilə toplayır. Ancaq bu əskinaslar sonradan satışa çıxarılanda suallar yaranır. Belə bir halda, bu addım qanunvericiliyə görə qanunsuz valyuta mübadiləsi hesab oluna bilər?
Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, vətəndaş əlində olan xarici valyutanının satışını açıq şəkildə elan edirsə, bu, artıq qanunsuz valyuta mübadiləsi kimi qiymətləndirilə bilər:
“Əgər o, xarici valyutanı konkret şəxslərə, məsələn, dostuna, tanışına satırsa, burada qanunsuzluqdan söhbət getmir. Çünki bu halda açıq satış və ya kütləvi təklif yoxdur. Açıql şəkildə elan edilən istənilən satış forması artıq sahibkarlıq fəaliyyəti sayılır. Amma konkret bir şəxsə satıldığı halda qeyri-qanuni heç nə yoxdur”.
Sevinc İbrahimzadə / Metbuat.az