Dünya
Trampdan Venesuela ilə bağlı sərt xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp Venesuela rəhbərliyinə yönəlik növbəti sərt açıqlama verib.
Metbuat.az xəbr verir ki, o bildirib ki, Venesuelanın vitse-prezidenti Delsi Rodriges “doğru olanı etməzsə”, Prezident Nikolas Madurodan daha ağır bədəl ödəməli olacaq.
Açıqlama Venesueladakı siyasi gərginliyin fonunda səsləndirilib və rəsmi Karakasdan hələlik Trampın bəyanatına münasibət bildirilməyib.