Ölkə

Saat 13:00-da qaz kəsiləcək -

Bu ərazilərdə

Metbuat.az

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Sumqayıt şəhəri ərazisində yerləşən Qurd dərəsinin bir hissəsində 89 mm-lik qaz xəttində yaranmış sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 19-da saat 13:00-dan etibarən sözügedən ərazidə yerləşən təqribən 1000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.