Ölkə

Saat 13:00-da qaz kəsiləcək -

Bu ərazilərdə

Metbuat.az

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb

Bildirilib ki, Sumqayıt şəhərinin "Beton zavodu" adlanan ərazisində yerləşən 76 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 13:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Bu səbəbdən ərazidəki 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.