Ölkə

"Qarabağ"dan Rəsulzadə ilə bağlı paylaşım

Metbuat.az

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.

Metbuat.az xəbər verir ki, "Qarabağ" Futbol Klubu özünün Facebook səhifəsində Rəsulzadəninin doğum günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"