Ölkə

Ölkədə cəmi 56 nəfərdir, birinin 99 yaşı var -

FOTO

Metbuat.az

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 56 həqiqi üzvü var.

Metbuat.az-ın məlumatına görə, onlardan 49-u kişi, 7-si qadındır.

AMEA-nın müxbir üzvlərinin sayı isə 84 nəfərdir. Müxbir üzvlər arasında da say nisbəti kişilərin xeyrinədir. 84 nəfərin 75-i kişi, 9-u isə qadındır.

Azərbaycanın ən yaşlı akademiki Eldar Ömərovdur.

Eldar Ömərov 21 dekabr 1927-ci ildə anadan olub. O, 2001-2023-cü illərdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsində çalışıb. Azərbaycanın xalq rəssamıdır.

Eldar Ömərov Natəvanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin heykəllərinin müəllifidir.

Fotoda: Eldar Ömərov

Ölkənin ən cavan akademiki isə İradə Hüseynovadır.

İradə xanım ötən il may ayının 24-də 60 yaşını qeyd edib. O, biologiya elmləri doktoru, professordur.

Fotoda: İradə Hüseynova


Nazim Hüseynzadə / Metbuat.az