Ölkə

​Novruz çərşənbələrinin tarixləri bilindi

Metbuat.az

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.

Metbuat.az xəbər verir ki, bu ilin ilk çərşənbəsi fevralın 24-nə, axırıncı çərşənbə isə martın 17-nə təsadüf edəcək.

Fevralın 24-də ilk - Su çərşənbəsi, martın 3-də Od, martın 10-da Hava (Yel), martın 17-də isə axırıncı -Torpaq çərşənbəsi qeyd olunacaq.

Ülkər Cəlilzadə / Metbuat.az