Ölkə

Bu rayona 30 sm qar yağdı -

FOTO

Metbuat.az

Qax rayonunun bir sıra dağ kəndlərinə güclü qar yağıb, yollar xüsusi texnika ilə qardan təmizlənir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 13 nömrəli Yol İstismarı MMC-dən məlumat verilib.

Bildirilib ki, səhər saatlarından etibarən, Qorağan-Qax-Zaqatala, Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu avtomobil yollarında hərəkətin intensivliyini təmin etmək üçün yollar texnikalar vasitəsilə qardan təmizlənib.

Hazırda Qaxın Sarıbaş kəndində qarın qalınlığı 30, İlisu kəndində isə 20 santimetrdir.