Dünya

Bu ölkənin paytaxtı dəyişdi

Metbuat.az

Ekvatorial Qvineyanın paytaxtı təhlükəsizlik və logistikanın yaxşılaşdırılması məqsədilə adadan materik hissəyə köçürülüb.

Metbuat.az xəbər verir ki, Prezident Teodoro Obianq Nquema Mbasoqonun imzaladığı fərmana əsasən, Syudad-de-la-Pas ölkənin yeni paytaxtı elan olunub, Malabo isə bu statusu itirib.

Qeyd edək ki, Syudad-de-la-Pasın tikintisinə 2012-ci ildə başlanılıb. Şəhər materik hissənin mərkəzində, Vele çayı üzərində, Atlantik okeanından 160 km şərqdə yerləşir.