Ölkə

Bu müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək

Metbuat.az

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.