Ölkə

Bakıda bu tarixdə qar yağacaq

Metbuat.az

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, yanvarın 16-dan etibarən Bakıda sulu qar yağışının başlaması gözlənilir.

Proqnozlara əsasən, yağıntılar yanvarın 22-dək müşahidə olunacaq. Bu müddət ərzində hava temperatu nisbətən aşağı düşəcək.

Yanvar ayının sonuna qədər sulu qarın fasilələrlə yağması gözlənilir.