Ölkə

Bakı metrosundan istifadə edənlərin sayı açıqlandı

Metbuat.az

Ötən il Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 226 milyon 803,1 min nəfər olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Bu, 2024-cü illə müqayisədə 3 milyon 119,8 min nəfər və yaxud 1,4 % azdır.