Ölkə

ADY ilə daşınan sərnişinlərin sayı açıqlandı

Metbuat.az

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2025-ci ildə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 10 milyondan çox sərnişin daşıyıb.

Metbuat.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 20 % çoxdur. Ötən ilin dekabr ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21 % daha çox sərnişin daşınıb.