Dünya
81 yaşında yenidən prezident oldu
Uqandanın hazırkı Prezidenti Yoveri Museveni yeddinci müddətə yenidən seçilib.
Metbuat.az xəbər verir ki, Museveni 71,65% səs toplayıb.
Qeyd edək ki, 1986-cı ildən bəri hakimiyyətdə olan 81 yaşlı Museveni, hakim Milli Müqavimət Hərəkatı partiyasının prezidenti vəzifəsinə yeni beş illik müddətə namizədliyini irəli sürmüşdü.