Ölkə
564 min 338 hektar torpaq elektron kadastr uçotuna alınıb
Bu günədək torpaqların elektron kadastr uçotu sahəsində aparılan intensiv işlər nəticəsində 564.338 hektar ərazinin tam elektron uçotu təmin edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, əldə olunan bu nəticə torpaq resurslarının daha dəqiq uçotu və səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu, torpaq resurslarımızın dəqiq idarə olunması üçün fundamental bir göstəricidir,” – deyə Nigar Alimova vurğulayıb.