Dünya

Trevi fəvvarəsinə giriş bu tarixdən pullu olacaq

Metbuat.az

Fevralın 1-dən etibarən Romadakı məşhur Trevi fəvvarəsinə giriş pullu olacaq.

Metbuat.az xəbər verir ki, turistlər hər giriş üçün 2 avro ödəməli olacaqlar.

Şəhər rəhbərliyi bu addımla turist axınını nizamlamağı və ildə 6,5 milyon avro gəlir əldə etməyi planlaşdırır. Toplanan vəsait abidənin saxlanmasına yönəldiləcək.