Ölkə

“Təhsilin hədəfi yaradıcı şəxslər yetişdirmək olmalıdır” -

Fazil Mustafa

Metbuat.az

"Azərbaycanda təhsilin hədəfi yaradıcı şəxsiyyət yetişdirmək olmalıdır. Cəmiyyətin dini dünyagörüşü istiqamətində ən böyük problemlərdən biri dinin və həyatın uzlaşdırılmasında meydana çıxır"

Metbuat.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda söyləyib. O vurğulayıb ki, din insanı itaət, məktəb isə düşünmə yolu ilə yetişdirir.

“Dinin sərbəst müzakirə olunduğu mövzuların dilə gətirdiyi müzakirə mühiti dünyəvi məktəblərdə cəmiyyətdə mümkün ola bilər. Düşüncə sabit deyil, dünyagörüşü isə oturmuş formada olur. Bir çox din xadimləri yenidən dini düşüncənin müzakirəsi üçün fikirlər ortaya qoymuşlar. Bunlar Qərb və Yunan mədəniyyətinə qarşı qoyaraq müzakirə ediblər. Ölkəmizdə dini düşüncənin ən doğru şəkildə anlaşılması yolunu Əhməd Ağaoğlu özünün "Üç mədəniyyət" kitabında yazıb. O, dinin biliyə zidd olmadığını vurğulayıb. Həqiqətən də, dünyanın dərk olunmasında elmi-praktik üsullar vacibdir. Biz mahiyyətcə inanc cəmiyyətiyik. Bizim düşüncə cəmiyyətlərinə yönəlməyimiz vacibdir. Hər şeydə ağlın önə çəkilməsi vacibdir. Ağıl ilə imanın yanaşması çox önəmlidir”.